Şəmkirdə 2 uşaq anasının qətlinin təfərrüatları   - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə 2 uşaq anasının qətlinin təfərrüatları - Yenilənib

Kriminal

04 Fevral 2023 19:53 1228


Şəmkir rayonunun Sabirkənd kəndində 1995-ci il təvəllüdlü, 2 uşaq anası Qənirə Zahid qızı Şərifovanın qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə qadının ata evində baş verib. Belə ki, qadın evdə olan zaman qardaşı, 1992-ci il təvəllüdlü Şaiq Zahid oğlu Şərifli ilə qısqanclıq zəminində mübahisə yaranıb. Bu zaman qadın bıçaqlanıb. Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən Ş.Şərifli polis əməkdaşları tərəfindən saxlanılıb. pizza

Qeyd edək ki, Ş.Şərifli də ailəlidir, bir övladı var.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

***

Şəmkir rayonunun Sabir kənd kəndində 1995-ci il təvəllüdlü Qənirə Şərəfova bıçaqla qətlə yetirilib.

Yenisabah.az xəbər verir ki, hadisə ilə əlaqədar onun qardaşı, 1992-ci il təvəllüdlü qardaşı, Şahiq Şərifli polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!