Sənədsiz evlərə nə vaxt çıxarış veriləcək? -   Mühüm açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Sənədsiz evlərə nə vaxt çıxarış veriləcək? - Mühüm açıqlama

Sosial

16 Yanvar 2024 11:14 7418


Bakı və Abşeronda sənədsiz evlərə çıxarışların verilməsi ilə bağlı məsələ neçə illərdir gündəmdədir. Ötən ilin oktyabrında qəbul olunan qərara görə, yeni fərdi yaşayış evlərinə kommunal xidmətlərin göstərilməsi, yəni qaz, su və işıq enerji şəbəkələrinə qoşulması məhdudlaşdırılıb. Bu, sənədsiz evlərlə bağlı problemi daha da qəlizləşdirib.

2024-cü ildə məsələnin həlli istiqamətində irəliləyi olacaqmı? Sənədsiz əmlaklara çıxarışların verilməsi gözlənilirmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qonşu Gürcüstanı nümunə çəkərək, ölkəmizdə də bununla bağlı aministiyanın tətbiq olunmasını mütləq sayır: Sezar pizza

“Bu ayın əvvəlində qonşu Gürcüstanda daşınmaz əmlaklarla bağlı aministiya tətbiq olundu. Çıxarışı olmayan daşınmaz əmlaka çıxarış verilməsinə start verildi. Bununla bağlı ölkəmizdə də ötən ilin əvvəlində dövlət başçısı birbaşa icra hakimiyyəti orqanlarına ərazilər üzrə monitorinqlərin aparılması, torpaqların təyinatının müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıq verib.

Bir çox evlərin çıxarış ala bilməməsinin başlıca səbəblərindən biri həmin ərazilərdəki torpaqların fərqli təyinatlı olmasıdır. Təəssüflər olun ki, bu məsələ ilə bağlı hələlik ciddi addımlar atılmayıb. Bəzi rəqəmlərə görə, Bakı və Abşeronda 500 min civarında çıxarış ala bilməyən fərdi yaşayış evi var. Bu evlərin demək olar ki, hamısına kommunal xidmətlər göstərilir. Bircə, onların sahiblərinə çıxarış verilməsi qalır”. 

Ekspert bu məsələdə ən böyük ziyanın məhz elə dövlətə dəydiyini qeyd edib:

“Elementar olaraq, təkcə Bakı və Abşeronda dövlət 500 min əmlakın vergisindən məhrum olur. Üstəlik, regionlarda da çoxlu sənədsiz əmlak mövcuddur. Onlara çıxarış verilsə, sahibləri torpaq və əmlak vergisi verəcəklər.

Ötən il təxminən 50 min qeyri-yaşayış obyektinə aminitiya tətbiq olundu. Həmin obyektlərin sahibləri sənədlərini mərhələli şəkildə aiddiyyəti orqanlara yönləndirir və çıxarışların verilməsinə start verilir. Düşünürəm ki, qadağan olunmuş ərazilər xaric, digər ərazilərdə olan əmlaklara çıxarışların verilməsi vacibdir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ferid
    5 ilden çoxdu evimin senedini almaqa çalışıram herşey hazırdı bidene deyiler resmi qerar verilsin hamsı senedleşecey falan hele bu resmi qerar gelib çımıyıb ortaya bu mesüliyetsizlik havaxda kimi davam edecek men niye mülkümün senedini ala bilmirem bu menim şexsi mülkümdüde verinde senedim artıq behaneler lazım deyile günde bişeye baxmaqnan deyil eliyin artıq birşey
    2 years ago
  • Füzuli
    Bu işdə dövlətin özünün birbaşa marağı olmalıdır. Vətəndaş evinin sənədini düzəltmək istədikdə ona pul oxumaqla iş bitmir. Mən də bir neçə il bundan əvvəl maraqlandım ki evin çıxarışını necə əldə etməliyəm. Getdim ki normal bu sənədlərim var, dedilər filan qədər pulunuz çıxacaq. O vaxtdan da qərara gəldim ki mənə çıxarış lazım deyil. Amma özləri dövlətin mənafeyini düşünsələr,təyinatı uyğun olan evlər üçün çıxarış versələr görün nə qədər vergi ödəyicisi yaranar. Məmurlar üçün isə cibləri və qarınları maraqlıdır, dövlət maraqlı deyil.
    2 years ago
  • Füzuli
    Bu işdə dövlətin özünün birbaşa marağı olmalıdır. Vətəndaş evinin sənədini düzəltmək istədikdə ona pul oxumaqla iş bitmir. Mən də bir neçə il bundan əvvəl maraqlandım ki evin çıxarışını necə əldə etməliyəm. Getdim ki normal bu sənədlərim var, dedilər filan qədər pulunuz çıxacaq. O vaxtdan da qərara gəldim ki mənə çıxarış lazım deyil. Amma özləri dövlətin mənafeyini düşünsələr,təyinatı uyğun olan evlər üçün çıxarış versələr görün nə qədər vergi ödəyicisi yaranar. Məmurlar üçün isə cibləri və qarınları maraqlıdır, dövlət maraqlı deyil.
    2 years ago
  • Sehla
    Salam 2 ile yaxindir ki Bt ile Icra arasinda tepik doyurem kulli miqdarda dogru duzgun senede rusvet isteyirler bir evin pulunu demek olar.Hansi qerardan danisirlar bunlar guya bilmirlerde qarinlarin agrisi nedir.
    2 years ago
  • Li chu Yong sin Vang
    Allah Kərimdir, İnşaAllah düzələr, Allah hamının işini avand eləsin, müşkülünü həll eləsin, Uca Rəbbim heç bir qulunu başqa qulun ümidinə qoymasın. Allah balalarınızı saxlasın.
    2 years ago
  • Sahib
    BT(DƏDRX) batıb, əvvəlki BT yoxdur.Nə işlə məşğuldurlar heç kim bilmir.Asan xidmətdən bir il yeddi aydır qanuni evimə sənəd ala bilmirəm, lazım olmayan sənədləri də alıblar....
    2 years ago
  • Xalid
    Bu kiminse maraqlarına xidmət etmir.
    2 years ago
  • Pərviz
    Salam.Butun Sənədlər Var Evə kupca ala bilmirik.
    2 years ago
  • Pərviz
    Salam .Torpağın Çıxarışı var .Evin Eskiz Layihəsi var Təqdim etdik BT-yə Evə kupca ala bilmədik.Sənədlər Qaydası dadır torpağın təyinatı yaşayış məntəqələrinin torpaqlarıdır .Bütün Sənədlər Qaydasındadır.Evə kupca ala bilmirik BT _dən
    2 years ago