Sənətçilər 1 yaşlı Amirə dəstək verdi

saytların hazırlanması

Evə çatdırılma

Sənətçilər 1 yaşlı Amirə dəstək verdi

Şou

22 Aprel 2022 12:44 1343


SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amirin valideynləri yardım üçün "Bizimləsən" proqramına müraciət edib.

Yenisabah.az axşam.az-a istinadən xəbər verir ki, körpənin sağalması üçün 2.200.000 dollara ehtiyac var. Müalicəsi Amerikada olan bu nadir xəstəlikdən əziyyət çəkən körpə üçün yardım kampaniyası başladılıb. Bir həftəyə yaxındır davam edən kampaniyaya şou-biznes nümayəndələri də qatılıblar.

Xalq artistləri Nəzakət Teymurova, Gülyanaq Məmmədova, müğənnilər Lətifə Soyuöz, Şəbnəm Tovuzlu, Rəqsanə İsmayılova, Manaf Ağayev, Roza Zərgərli, Aşıq Zülfiyyə, aktrisa Pərvin Abıyeva və bir çox məşhurlar kampaniyaya maddi dəstək veriblər.  Pepperoni pizza

Ötən günə qədər proqramda Amil üçün 940 min manat yığıldığı açıqlanıb. Ötən gün ad günü olan körpəyə yığılan məbləğ isə yüz minə çatıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!