“Sepah“ Aİ-nin qara siyahısına salına bilər

saytların hazırlanması

Evə çatdırılma

“Sepah“ Aİ-nin qara siyahısına salına bilər

Dünya

23 Yanvar 2023 16:31 744


Aİ xarici işlər nazirləri İrana qarşı dördüncü sanksiyalar paketini müzakirə edirlər.

Yenisabah.az xəbər verir ki, bu barədə Lüksemburqun xarici işlər naziri Jan Asselborn danışıb.

O bildirib ki, sanksiya siyahısına 50-dən çox fiziki və bir neçə hüquqi şəxs daxil ola bilər. Xüsusən də İran Silahlı Qüvvələrinin elit bölməsi - İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") üzvləri qara siyahıda olacaq. Dördpendirli pizza

Daha əvvəl Asselborn iddia etmişdi ki, Avropa İttifaqı alyans ölkələrindən ən azı birinin məhkəməsi onun Avropada terror aktı törətdiyini müəyyən edənə qədər "Sepah"ı terror təşkilatları siyahısına daxil edə bilməz.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen artıq İİKK-nın terror təşkilatları siyahısına daxil edilməsini dəstəkləyib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian AP-nin müvafiq qətnaməni təsdiqləməsinə münasibət bildirərkən deyib ki, Avropada hisslər ağıldan üstündür. İran parlamenti də öz növbəsində Aİ-ni alyansa üzv ölkələrin "terrorçu ordular"ının tanınması haqqında qanunun hazırlanması ilə hədələyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!