SEPAH Kürdüstan vilayətində antiterror əməliyyatı keçirdi

saytların hazırlanması

Evə çatdırılma

SEPAH Kürdüstan vilayətində antiterror əməliyyatı keçirdi

Dünya

28 Aprel 2026 21:39 124


İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Kürdüstan vilayətində antiterror əməliyyatı keçirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Terror aktları planlaşdıran muzdlu və terrorçu qruplaşmaların agentlərinə qarşı əməliyyat keçirilib", - məlumatda bildirilib.

Əlavə edilib ki, 4 nəfər həbs olunub: "Bu əməliyyat zamanı Kalaşnikov avtomatları və tapançalar, döyüş sursatları, qumbaralar, saxta şəxsiyyət vəsiqələri və "Starlink" peyk rabitə vasitələri kimi təhlükəsizliyə zidd əşyalar aşkarlanıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!