“Sepah”ın Bakıda hədəfə aldığı şəxs: Yəhudi din xadimini kim öldürməli idi?

saytların hazırlanması

Evə çatdırılma

“Sepah”ın Bakıda hədəfə aldığı şəxs: Yəhudi din xadimini kim öldürməli idi?

Siyasət

06 Aprel 2025 11:28 301


Ravvin Şneor Seqal Azərbaycan ərazisində sui-qəsd hədəfi seçilib.

Yenisabah.az Washington Post-a isinadla xəbər verir ki, yəhudi ruhaninin Bakıda öldürülməsi planını "Sepah" hazırlayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyatı yanvar ayında qarşısı alınmış sui-qəsdə azərbaycanlı muzdlu qatili cəlb edib. pizza hut

Gürcüstan vətandaşı olan bu şəxs narkotik ticarəti ilə məşğul olub.

Ötən ilin payızda İranın İslam İnqilabı Keşikçiləri Korpusunun xaricdəki qolu olan “Qüds” qüvvələrinin təmsilçisi Gürcüstanda narkotik alverçisi Aqil Aslanovla görüşüb.

"Qüds" qüvvələrinin adamı ravvin Şneor Seqalın öldürülməsinə və təhsil mərkəzinə hücuma görə qatil olacaq şəxsə 200 min dollar vəd edib.

Aslanov özünə yerli şəxslərdən birini köməkçi götürüb və ona ravvini izləməyi tapşırıb.

Sui-qəsd planını Azərbaycanın təhlükəsizlik xidmətləri aşkarlayıb və Aslanovun şəriki 2025-ci ilin yanvar ayında həbs edilib.

Hər iki şəxs terror aktı törətmək üçün əlbir olmaqda ittiham olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda deyilir ki, Aslanov “dini icma üzvü haqqında məlumat toplamaq üçün işləyib, onun yaşadığı və iş yerinin yerini müvafiq mobil telefon proqramı vasitəsilə xarici xüsusi xidmət orqanının nümayəndəsinə göndərib”.

Bəyanatda hədəf kimi Seqalın adı çəkilməyib.

Seqal "The Washington Post"a bildirib ki, Azərbaycanda özünü hələ də təhlükəsiz hiss edir:

"Biz burada dinc yaşayırıq. Mən burada küçələrdə gəzirəm və heç bir qorxu yoxdur"..

Seqal son aylarda hədəfə alınan ilk ravvin deyil, çünki Birləşmiş Ərəb Əmirliklərində yaşayan Çabad ravvini ravvin Zvi Koqan, onu Omana aparmaq və orada girov saxlamaq üçün keçən ilin sonlarında oğurlanaraq öldürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!