Sərbəst güləşçilərimiz dünya çempionatına uğursuz başladılar

Sərbəst güləşçilərimiz dünya çempionatına uğursuz başladılar

İdman Veb saytların hazırlanması

16 Sentyabr 2023 17:23 490


Azərbaycanın sərbəst güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatının ilk günündə uğursuz çıxış ediblər.

Yenisabah.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan 4 güləşçinin hamısı məğlub olub.

61 kq çəki dərəcəsində çıxış edən İntiqam Vəlizadə təsnifat mərhələsində Cənubi Koreya təmsilçisi Hyeonsik Sonqa qalib gəlsə də, ardınca qırğızıstanlı Taiyrbek Uuluya uduzub.

70 kq-da Maqomed-Başir Xaniyev eyni raundda Qazaxıstandan olan Sanjar Dojanovdan güclü olub. Lakin Xaniyev İran idmançısı Amirməhəmməd Yazdaniçeratinin müqavimətini qıra bilməyib.

86 kq-da Abubakr Abakarov 1/16 finalda kanadalı Aleksandr Muru üstələsə də, Fransanı təmsil edən Rəhim Maqamadova yenilib.

125 kq-da Georgi Meşvildişvili 1/16 finalda bolqarıstanlı İslam Adizovu məğlub edib. O, növbəti raundda türkiyəli Taha Akgüllə bacarmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!