Türkiyəli müğənni Sərdar Ortaç Adanada verdiyi konserti zamanı "Beşiktaş" futbol klubu haqqında təhqiramiz ifadələr səsləndirib.
Yenisabah.az xəbər verir ki, bundan sonra müğənni video yayımlayaraq üzr istəyib:
“Çox böyük tərbiyəsizlik etdim. Bəzən içkili olanda insan özünü itirir və nə dediyini bilmir. Bunu edəndə bəziləri də mənə dəstək oldu. İndi ediləcək heç nə yoxdur. Söz ağızdan bir dəfə çıxır. Dua edəcəm ki, klubun məşqçisi Sərgən Yalçın məni bağışlasın. Çox üzgünəm. Ümid edirəm məni bağışlayarasınız”. Pepperoni pizza
Telegram kanalımız