Sergey Şoyqu: “ABŞ qlobal təhlükəsizlik arxitekturasını dağıdıb” 

saytların hazırlanması

Evə çatdırılma

Sergey Şoyqu: “ABŞ qlobal təhlükəsizlik arxitekturasını dağıdıb” 

Dünya

28 Aprel 2023 10:36 683


“ABŞ və müttəfiqlərinin qlobal hegemonluğu saxlamaq cəhdləri qlobal təhlükəsizlik arxitekturasının dağılmasına səbəb oldu”. 

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya müdafiə naziri ordu generalı Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin Yeni Dehlidə keçirilən görüşündə deyib. 

O bildirib ki, Vaşinqton və onun müttəfiqləri digər ölkələri də Moskva və Pekinlə hərbi qarşıdurmaya təhrik edir: “Ukraynadakı münaqişə də bunu göstərir. Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə NATO-nun demək olar ki, bütün ölkələrinin döyüş potensialı və imkanları Rusiyaya qarşı istifadə edildi”.  pizza mizza

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!