Sərhəddə daha bir erməni əsgəri öldü

saytların hazırlanması

Evə çatdırılma

Sərhəddə daha bir erməni əsgəri öldü

Rəsmi

20 Noyabr 2021 22:29 1368


Ermənistan ordusunun Azərbaycanla sərhəddə xidmət edən daha bir əsgəri ölüb.

Yenisabah.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, müqavilə ilə xidmət edən erməni hərbçi silahla ehtiyatsız davrandığı üçün həlak olub.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 15-də Geqarkunikdəki hərbi hissələrdən birində 29 yaşlı Gevork Avetyan silahla ehtiyatsız davranması nəticəsində yaralanıb.

Hərbçi xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!