Sərhədlər niyə bağlıdır? - Qapı arxasındakı iki düşmən...

saytların hazırlanması

Evə çatdırılma

Sərhədlər niyə bağlıdır? - Qapı arxasındakı iki düşmən...

Sosial

25 Avqust 2022 20:03 2770


İki ildən artıqdır ki, Azərbaycanın quru sərhədləri bağlıdır. Pandemiyanın ilk dalğası zamanı tətbiq olunan bu məhdudiyyət hələ də qüvvəsində qalır. 

“Yeni Sabah” bildirir ki, bu iki ildə regionumuzda bir çox dəyişikliklər oldu ki, bunların da ən mühümü Qarabağ torpaqlarının işğaldan azad edilməsidir. Həyata keçirilən düşünülmüş qabaqlayıcı tədbirlər nəticəsində həm pandemiya təhdidi, həm də Azərbaycanda təxribat yaratmaq niyyəti ilə hərəkətə keçmək istəyən xarici qüvvələrin təsirləri minimuma endirildi. İndi Azərbaycan diplomatik masaya Qarabağ məsələsini deyil, Zəngəzur məsələsini qoyur. Bu, 2 il öncə kimin ağlına gələrdi? Qarabağın özü belə çoxları üçün xəyal olmuşdu.

Regionda siyasi proseslər o qədər intensivdir ki, demək olar ki, hər həftə yeni mövzular gündəmə gəlir. İran bir tərəfdən, Rusiya o biri tərəfdən, Ermənistanın tez-tez dəyişkən mövqeyi də bu biri tərəfdən.  Sezar pizza

Bütün bunlara rəğmən son iki ildə regionda gedən bütün proseslər Azərbaycanın mənafeyinə uyğun olub. Demək olar ki, ölkə daxilində Birinci Qarabağ Müharibəsisonrasından fərqli olaraq heç bir çaxnaşma, qarşıdurma, təxribat və terror olmadı. Siyasi qarşıdurmalar sıfırın altındadır. Qarabağ uğurunun fonunda sosial narazılıqlar gözə görünmür. İçəridə bizi geri çəkən heç nə yoxdur. Qalib ölkə ilə həm masada, həm də meydanda hər kəs razılaşmaq məcburiyyətində qalıb. 

Təbii ki, quru sərhədlərinin bağlı qalması bir çox çətinliklər yaradır. Lakin meydanda və masada əldə olunan uğuru heç bir halda riskə atmağa ehtiyac yoxdur. Sərhədlərin müvəqqəti olaraq bağlı qalması həlli mümkün olmayan problemlər yaratmır. Yəni durum dözülməz həddə deyil və bunu vətənin bütövlüyü, gələcəyi üçün anlayışla qarşılamaq o qədər də çətinlik yaratmamalıdır.

İndi təsəvvür edin ki, quru sərhədlər tam açıqdır. Nə olacaq? Gözünüzün qabağına 90-cı illəri gətirin. Casus şəbəkələrin at oynatmasını, missioner təşkilatların nümayəndələrinin hər bir evə rahat şəkildə ayaq açmasını və digər xoşagəlməz hadisələri. İndi də həssas mərhələdir və həssas zamanda ehtiyatlı tədbir hər zaman mühümdür.

Sərhədlərin bağlı olmasının digər əhəmiyyətli səbəbi isə gözəgörünməyən düşməndir: Pandemiya. Koronavirus kimlərin həyatına son qoymadı?! Düşünün, iki ildə bu qorxunc virus ətrafınızdakı hansı gözəl insanları, vətəndaşları, dostları aparmadı, kimin ailə üzvlərini səssizcə qara torpağa “hədiyyə” etmədi?! 

Bu haqda Prezident İlham Əliyev özü açıqlama vermişdi və kifayət qədər açıq danışaraq sərhədlərin bağlı olmasının vacibliyini diqqətimizə çatdırmışdı. O açıqlamanı burada təkrar etməkdə fayda var.

Prezident demişdi: “Yeni məlumat var, özü də Ümumdünya Səhiyyə Təşkilatı bu məlumatı yayıb ki, indi bəzi ölkələrdə yenə maska rejiminə keçmək lazımdır. Biz, əlbəttə ki, bu tendensiyaları izləyirik və biz pandemiyanın ən ağır dönəmində də qapanmaya getmişdik, sonra vəziyyət yaxşılaşanda açılırdıq. Yəni, bu, canlı bir prosesdir.

Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq - quru sərhədlərindən söhbət gedir. Bunu edirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək. Bizim məqsədimiz budur”.

Məqsəd sağ qalmaqdır. Bunu hər birimiz öz həyatımızı düşünərək anlaya bilsək, sərhədlərin bağlı qalmasının faciə olmadığını da dərk edəcəyik. Heç kim nəinki özünün, ailəsindən kiminsə, dostlarının, tanıdıqlarının bu səssiz düşmənin caynağına düşməsini istəməz. O zaman bizdən yalnız səbrli olmaq tələb olunur. Bir az tez, bir az gec, bu problem də öz həllini tapacaq. 

Yeri gəlmişkən, son sutkada Azərbaycanda 653 yoluxma halı baş verib. Kifayət qədər ciddi rəqəmdir...


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!