7 İyul - 02:43
“Sərhədlərin delimitasiyası üzrə ilk görüş konstruktiv keçdi“  - Mger Qriqoryan

“Sərhədlərin delimitasiyası üzrə ilk görüş konstruktiv keçdi“ - Mger Qriqoryan

Bölgə

27 May 2022 14:47 585


“Mayın 24-də iki ölkə sərhədində Ermənistanın Sərhəd Təhlükəsizliyi üzrə Milli Komissiyalarının birinci iclası konstruktiv keçib”.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu sözləri TASS müxbiri ilə söhbətində Ermənistanın delimitasiya və demarkasiya komissiyasının sədri, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib.

“Həqiqətən, mayın 24-də biz sərhəddə ilk görüşü keçirdik və bu görüşdə gələcək birgə işin müstəsna olaraq təşkilati məsələlərini müzakirə etdik. Bu baxımdan, görüşü kifayət qədər konstruktiv hesab edirəm. Demarkasiya və sərhəd təhlükəsizliyi komissiyalarının növbəti iclasının vaxtı ilə bağlı hələlik razılıq yoxdur, lakin görüşün Moskvada baş tutacağına dair təsdiq var”.

Qriqoryan təsdiqləyib ki, gələn həftə Moskvada Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə regionda nəqliyyat və iqtisadi əlaqələrin bloklanması üzrə üçtərəfli işçi qrup keçiriləcək.

Onun sözlərinə görə, hazırda görüşün konkret tarixi razılaşdırılır, görüşün gündəliyinə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatları çərçivəsində razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlər daxildir.

“Bu gündəliyin demarkasiya ilə heç bir əlaqəsi yoxdur”, - o əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!