Şərqi Zəngəzur - Naxçıvan nəqliyyat infrastrukturu layihəsinin icra vəziyyəti müzakirə olundu

saytların hazırlanması

Evə çatdırılma

Şərqi Zəngəzur - Naxçıvan nəqliyyat infrastrukturu layihəsinin icra vəziyyəti müzakirə olundu

Siyasət

17 Fevral 2025 23:02 195


Azərbaycanın Baş naziri Əli Əsədov fevralın 17-də Tehran şəhərinə işgüzar səfəri çərçivəsində İranın birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetindən bildirilib.

Görüşdə Azərbaycan-İran münasibətlərinin mövcud vəziyyəti, həmçinin iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat-tranzit, neft-qaz, energetika və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub. Pepperoni pizza

Avtomobil və dəmir yolları bağlantılarının yaradılması, İran ərazisindən keçməklə Şərqi Zəngəzur - Naxçıvan nəqliyyat infrastrukturunun tikintisi, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və digər birgə layihələrin icra vəziyyəti nəzərdən keçirilib.

Eyni zamanda Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, dənizin çirkləndirilməsinin və dayazlaşmasının qarşısının alınması, habelə Xəzər dənizi hövzəsində əməkdaşlıqla bağlı bir sıra digər məsələlər barədə müzakirələr aparıldı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!