Səudiyyə Ərəbistanının 2022-ci ildə neft və neft məhsulları ixracı gəlirləri 2012-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.
Yenisabah.az "Bloomberg"ə istinadla xəbər verir ki, illik gəliri 326 milyard dollar təşkil edib.
Bu, hakimiyyət orqanlarına demək olar ki, on ildə ilk dəfə büdcə profisiti qeydə almağa imkan verib. Sezar pizza
Yeri gəlmişkən, ölkənin dekabr ayında neft və neft məhsullarının ixracından əldə etdiyi gəlirlər ardıcıl altıncı aydır ki, azalaraq 2022-ci ilin əvvəlindən bəri ən aşağı göstərici olub.
Rəsmi rəqəmlərə görə, dekabrda ər-Riyad neft və neft məhsulları ixracından 85,5 milyard riyal (22,8 milyard dollar) gəlir əldə edib.
Ötən ilin son ayında neftin maya dəyəri təxminən 80 dollar/barel olub.
Telegram kanalımız