Sevgilisini şantaj edən tiktokerin 11 il həbsi tələb olundu

saytların hazırlanması

Evə çatdırılma

Sevgilisini şantaj edən tiktokerin 11 il həbsi tələb olundu

Kriminal

14 İyul 2026 15:19 81


Sevgilisindən şantaj yolu ilə 1 milyon manata yaxın pul tələb etməkdə ittiham olunan tiktoker Aybəniz Xəlilovanın (Bəniz) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

"Yeni Sabah" Qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda ittiham tərəfi yekun çıxış edib.

Prokuror bəyan edib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham məhkəmə istintaqı zamanı təsdiqini tapıb. Bu əsasla Bəniz hədə-qorxu ilə 836 min manat tələb etməkdə təqsirli sayılmalı, 11 il müddətinə azadlıqdan məhrum edilməlidir. Pepperoni pizza

Hakim Fəxri Məmmədov müdafiə çıxışına hazırlanmaları üçün vəkillərə vaxt verib.

Bəniz 2024-cü ilin sonunda qeyri-rəsmi münasibətdə olduğu biznesmen sevgilisi Xalid Kərimovun polisə şikayəti əsasında külli miqdarda əmlak ələ etmək üçün hədə-qorxu ilə tələb etmə və xluqanlıq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Tiktoker əvvəl ev dustaqlığına buraxılsa da, sonradan ittihamın ağırlaşdırılması və zərərçəkmişin israrı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Lakin məhkəmə dövründə Xalid Kərimov mövqeyini dəyişərək Bənizə qarşı şikayətini geri götürdüyünü açıqlayıb. Əvvəllər hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək kömək istəyən zərərçəkmiş sonradan dəfələrlə keçmiş sevgilisinin ev dustaqlığına buraxılmasını xahiş edib. Buna baxmayaraq, məhkəmə ittihamın ağırlığını və zərərçəkmişin dəyişik ifadələrini nəzərə alaraq Bənizin həbsdə qalmasına qərar verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!