Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda “Qarabağ”ın qonağı olacaq “Sevilya” Bakıya azarkeşsiz gəlir.
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov “Yeni Sabah”a açıqlamasında “Sevilya” tərəfinin azarkeş üçün bilet istəmədiyini bildirib:
“İndiyə kimi bizim kassalardan 27 min bilet satılıb. “Sevilya” tərəfindən isə azarkeş olmayacaq”. Pepperoni pizza
Qeyd edək ki, matç Tofiq Bəhramov adına Respublika stadionda keçiriləcək. Arenanın tutumu isə 31 mindir. Oyuna qədər bütün biletlərin satılacağı gözlənilir.
Maraq üçün əlavə edək ki, “Sevilya”nın Bakıda olan azarkeşləri tərəfindən dəstəklənməyəciyi də istisna edilmir.
Naibə
Telegram kanalımız