Seymur Salahzadə Azərbaycana ekstradisiya ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Seymur Salahzadə Azərbaycana ekstradisiya ediləcək

Kriminal

24 Avqust 2026 20:38 36


Dələduzluqda ittiham edilən şəxs Ukraynadan Azərbaycana ekstradisiya ediləcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna müraciəti, beynəlxalq prosedurlara uyğun olaraq tələb olunan sənədlərin təqdim edilməsi və aparılmış danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Seymur Salah oğlu Salahzadənin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Marqarita pizza

Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan cinayət işi üzrə Seymur Salahzadənin külli miqdarda dələduzluq cinayəti törətməsinə dair şübhələr müəyyən edilib.

Onun barəsində cinayət təqibinin həyata keçirilməsi ilə bağlı müvafiq qərar qəbul olunub. İstintaqdan yayınaraq gizləndiyinə görə isə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.

Keçirilən tədbirlər nəticəsində onun Ukrayna ərazisində olduğu müəyyən edilərək saxlanılması təmin edilib.

Hazırda Seymur Salahzadənin Azərbaycan Respublikasına gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!