Seymur Talıbovun işdən çıxarılması təsdiqləndi

Seymur Talıbovun işdən çıxarılması təsdiqləndi

Sosial

08 Dekabr 2022 14:52 5894


Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu, Seymur Talıbovun adı Naxçıvan Dövlət Universitetinin rəsmi saytında prorektorlar siyahısından çıxarılıb.

“Yeni Sabah” Qafqazinfo-ya istinadən xəbər verir ki, universitetin saytında prorektorlar bölməsində beynəlxalq əlaqələr üzrə prorektor bölməsi hazırda boşdur.

Maraqlıdır ki, universitetin saytında digər prorektorlar üzrə bölmələrdə (tədris və tərbiyə işləri üzrə prorektor və ümumi işlər üzrə prorektor) müvafiq vəzifələri yerinə yetirən şəxslər barədə məlumatlar var.

Qeyd edək ki, bir müddət əvvəl Naxçıvan Dövlət Universitetinin (NDU) prorektoru Seymur Talıbovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb. 

Məsələ ilə bağlı Muxtar Respublikanın Təhsil Nazirliyindən bildirilmişdi ki, universitet Elm və Təhsil Nazirliyinə tabedir və bu barədə məlumatlı deyillər. Elm və Təhsil Nazirliyindən isə sorğumuza cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı nazirlikdə məlumat yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!