Sibel Can Bakını coşdurdu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Sibel Can Bakını coşdurdu - Fotolar

Şou

09 Mart 2019 13:49 1059


Türkiyənin məşhur müğənnisi Sibel Can Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.

"Liatris holding"in rəhbəri, iş qadını Ruhi Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə baş tutan gecəyə ifaçı "Səndən başqa kimsem yok" mahnısı ilə start verib. Daha sonra qonaqları salamlayan ifaçı Bakıda olmaqdan məmnun olduğunu deyib: "Ruhi xanıma təşəkkür edirəm ki, bizə belə gözəl gecə yaşamağa şərait yaratdı. Oğlum Engincan ilə Bakının tarixi yerlərini gəzdik, milli yeməklərinizdən daddıq. Azərbaycan mənə doğmadır. Mən sizdən biriyəm, sizin qızınızam".

Sibel Can ard-arda sevilən yeni və köhnə mahnılarını səsləndirib. Repertuarına Azərbaycan mahnısı da əlavə edən türkiyəli ulduz "Sən gəlməz oldun" mahnısını da ifa edib. pizza sifarişi

Tamaşaçıların arasına düşən müğənniyə fanat ordusu "hücum" edib. O mühafizəçilərin köməkliyi ilə səhnəyə qalxıb.

Tamaşaçıların alqışları ilə konsert başa çatıb. 

Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!