Silsilə soyğunçuluq edənlər saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Silsilə soyğunçuluq edənlər saxlanılıb

Kriminal

04 Fevral 2019 19:20 972


DİN  Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, yanvarın 27-də  ayrı-ayrı vaxtlarda Gəncə şəhər sakinləri G.Həsənova və T.Bayramovanın  əl çantalarını zor tətbiq etməklə açıq yolla talayaraq onlara qarşı soyğunçuluq edilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinə məlumat daxil olub. 

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının dərhal həyata keçirdiyi təxrəsalınmaz əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Gəncə şəhər sakinlər Emin Həmzəyev, 27 yaşlı  Amil Mustafayev və əvvəllər məhkum olunmuşlar 30 yaşlı Ruslan Qasımov, 21 yaşlı Elçin Həmzəyev şübhəli şəxs qismində saxlanılıblar.

İlkin dindirmə zamanı onlar törətdikləri cinayət hadislərini etiraf ediblər. Faktla bağlı araşdırma aparılır. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!