Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girne sahillərində batan gəmidə ölənlərin sayı 12-yə çatıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə ŞKTR-nin Baş naziri Ünal Üstel məlumat verib. O bildirib ki, 554 metr dərinlikdə aparılan axtarışlar zamanı daha iki qadının cəsədi aşkarlanıb.
Hazırda gəmidə itkin düşən 16 nəfərin axtarışı davam etdirilir. Əməliyyata Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmiləri də cəlb olunub. Baş nazir bildirib ki, böyük dərinlik səbəbindən axtarış işləri yalnız robotlar vasitəsilə aparılır. Marqarita pizza
Qeyd edək ki, gəmi bazar günü Girne limanından Türkiyənin Taşucu istiqamətində hərəkət edərkən batıb. Qəza ilə bağlı araşdırma aparılması və parlament istintaq komitəsinin yaradılması planlaşdırılır.
Aydan Hacı
Telegram kanalımız