Şimali Koreya hakimiyyəti SARS hallarının artması ilə əlaqədar Pxenyan sakinləri üçün 5 günlük karantin elan edib.
Yenisabah.az "NK News"a istinadla xəbər verir ki, bu barədə KXDR hökumətinin rəsmi bildirişi yayılıb.
Şimali Koreya paytaxtında Çrşənbədən Bazar gününə qədər karantin tətbiq edilir. Sezar pizza
Bildirişdə tənəffüs yolu xəstəliyi, o cümlədən soyuqdəymə halları nəzərdə tutulur. COVID-19-dan bəhs edilmir. Pxenyan sakinlərindən bazar gününün sonuna qədər evlərində qalmaq və gündə bir neçə dəfə hərarəti yoxlamaq tələb olunur.
Şimali Koreyanın dövlət mediası yeni tədbirləri hələ açıqlamayıb.
Telegram kanalımız