Simonyan Fidana təşəkkür etdi: Bu barədə məlumatım yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Simonyan Fidana təşəkkür etdi: Bu barədə məlumatım yoxdur

Dünya

16 Yanvar 2026 14:44 435


Ermənistan parlamentinin sədri Alrn Simonyan Türkiyə xarici işlər naziri Hakan Fidana təşəkkür edib.

"Yeni Sabah" newsw.am-a istinadla xəbər verir ki, o, Hakan Fidanın Nikol Paşinyana dəstəyi ilə bağlı açıqlamalarına istinad edərək bildirib:

"Ermənistan ictimaiyyətinin əksəriyyətinin sülhü təşviq etmək, ticarəti həyata keçirmək və bu ticarəti TRIPP çərçivəsində inkişaf etdirmək çağırışlarını dəstəkləyən Türkiyə xarici işlər nazirinə və bütün regional tərəfdaşlara təşəkkür edirəm".  Pepperoni pizza

"Məlum olduğu kimi, iyunun əvvəlində Ermənistanda seçkilər keçiriləcək. Bu, vacib bir addım olacaq və sorğulara əsasən, cənab Paşinyan liderdir. Onun bu məsələdə konstruktiv rolu dəstəklənir. Bu xəttin və bu iradənin davam etməsi lazımdır", - deyə Fidan bir gün əvvəl bildirib.

Simonyan Ermənistanda keçirilən sorğuların nəticələrinin Türkiyə xarici işlər nazirinin əlinə necə keçdiyinə dair suala cavab verməyib:

"Bu barədə məlumatım yoxdur. Bu, onun fikridir, o, bunu deyir".

Onun fikrincə, Fidanın açıqlamasında Ermənistanın daxili işlərinə qarışmaq istəyinə işarə edilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!