Siyavuş Novruzovdan Musa Musayevə sərt ittiham: “Öz əmioğlusunun...”
03 İyl 2020 10:42
965

Siyavuş Novruzovdan Musa Musayevə sərt ittiham: “Öz əmioğlusunun...”

“Musa Musayevin başqalarını ittiham etməyə haqqı yoxdur. Başqalarına onun özündən çox haqsızlıq edən adam olmayıb”.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Unikal.org-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib. 

O bildirib ki, Musa Musayev öz əmisi oğlu, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru  olmuş Alqış Həsənoğlunun haqqına girib:  “YAP-da Alqışın daha çox xidməti var, nəinki Musa Musayevin.  Bu,  o qədər ədalətsiz adamdır ki, öz əmioğlusunun irəli getməsinə imkan verməyib, ona qarşı oyunlarda iştirak edib.  Alqış Siyasi Şuraya düşməli, proporsional seçkidə siyahıya salınmalı idi, imkan vermədilər. Musanı irəli verdilər. İndi də durub haqdan, ədalətdən danışır”.

S.Novruzov qeyd edib ki, Alqış Həsənoğluya qarşı oyun qurulmuşdu: “Sizə bir məsələni deyim ki, indiyə kimi “Yeni Azərbaycan” qəzetinə Alqış kimi baş redaktor gəlməyib. Onun təfəkkürü, düşüncə tərzi sonrakı redaktorlarda olmadı. Mən açıq deyirəm. Heç kimdən çəkinəcəyim yoxdur. Heç kim məndən inciyə bilməz, çünki həqiqəti deyirəm. Alqış diqqətə layiq adamdır, amma şantaj elədilər, kompüterinə daxil olub, oyun qurdular. Hamısını yaxşı tanıyıram”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər