Siyavuş Novruzovdan xəbərdarlıq: Azərbaycan buna güvənməlidir

saytların hazırlanması

Evə çatdırılma

Siyavuş Novruzovdan xəbərdarlıq: Azərbaycan buna güvənməlidir

İqtisadiyyat

10 İyul 2026 12:31 86


"Azərbaycan son onilliklər ərzində həm sənaye, həm də müasir kənd təsərrüfatı ölkəsi kimi böyük inkişaf yolu keçib. Bu inkişafın təməlində isə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt dayanır. Ulu Öndər ölkəyə rəhbərlik etdiyi dövrdə kənd təsərrüfatının dirçəldilməsini, torpaq islahatlarının həyata keçirilməsini və kənd əhalisinin rifahının yüksəldilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən etmişdi".

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında deputat Siyavuş Novruzov “Toxumçuluq haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı danışıb. \

Deputat əlavə edib ki, torpaq islahatlarının həyata keçirilməsi Azərbaycanın aqrar sektorunun inkişafında dönüş nöqtəsidir: Dördpendirli pizza

"Torpaqların vətəndaşlara verilməsi kənd təsərrüfatında sahibkarlığın formalaşmasına, insanların öz torpaqlarında sərbəst fəaliyyət göstərməsinə və istehsalın artmasına ciddi təkan verdi. Eyni zamanda dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına subsidiyaların ayrılması, güzəştli kredit mexanizmlərinin tətbiqi, aqroservis xidmətlərinin yaradılması və digər dəstək tədbirləri aqrar sektorun inkişafında mühüm rol oynadı.

Bu siyasət sonrakı dövrlərdə Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildi və daha da genişləndirildi. Azərbaycanın kənd təsərrüfatı siyasətinin əsas məqsədlərindən biri daxili bazarın yerli məhsullarla təmin olunması, idxaldan asılılığın azaldılması və ərzaq təhlükəsizliyinin gücləndirilməsidir. Bu gün ölkəmizdə istehsal olunan məhsulların həcminin artırılması və emal sənayesinin inkişafı məhz bu məqsədlərə xidmət edir".

S.Novruzov qeyd edib ki, müasir dövrdə ərzaq təhlükəsizliyi mühüm məsələlərdəndir:

"Bu gün dünyada baş verən geosiyasi hadisələr, müharibələr, iqlim dəyişiklikləri və beynəlxalq ticarət marşrutlarında yaranan problemlər ərzaq təhlükəsizliyinin strateji əhəmiyyətini daha da artırır. Kənd təsərrüfatı məhsullarının əsas ixracatçıları sırasında olan bir sıra ölkələrdə davam edən münaqişələr göstərir ki, hər bir dövlət ilk növbədə öz daxili istehsal imkanlarına güvənməlidir".

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!