Siyavuş Novruzovla Sahil Babayev arasında   MÜBAHİSƏ

saytların hazırlanması

Evə çatdırılma

Siyavuş Novruzovla Sahil Babayev arasında MÜBAHİSƏ

Siyasət

26 Noyabr 2024 20:11 22807


"Özünüməşğulluq proqramı ilə kəndliyə iki inək verirlər, o da qapıdan girəndən üç gün sonra ölür".

Yenisabah.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihəsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, şəhid ailələri və veteranlara güzəştlərin verilməsi ilə bağlı çoxlu qanunlar, Prezidentin fərmanı, icra hakimiyyətlərinin sərəncamları var: pizza hut

"Nazirlik onların hüquq və imtiyazları ilə bağlı məlumatı portalda yerləşdirsə, şəhid ailələri və müharibə veteranları öz hüquqları barədə məlumatı oradan öyrənə bilərlər. Bundan başqa, özünüməşğulluqla bağlı proqram çox yaxşıdır. Amma proqramın həyata keçirilməsi mexanizmində problemlər var. Başqa sahələri deyə bilmərəm, amma kənd təsərrüfatı ilə bağlı şikayətlər çoxdur. Xəstə mal-heyvanları insanlara verirlər, o da qapıdan girəndən üç gün sonra ölür. Onların da bir dəfə almaq şansı var. Kəndliyə iki inək, ona bir illik zəmanət verilir. Heç olmasa, üç aylıq da yeməyini verin. Çünki kəndli onu ehtiyacdan alır.

Eyni zamanda, müharibə veteranları ilə bağlı müraciətlər olur. Onlar əlillik təyinatı almaq üçün müraciət edirlər. Ola bilər, hansısa kompüter, aparat onu göstərə bilmir. Əgər qucağında silahla kazarmada yatmamısansa, bunu dərk edə bilməzsən. Beş dil bilə bilərsən, amma yanında döyüş yoldaşının ölməsi ilə keçirilən psixoloji sarsıntını heç kəs bilə bilməz".

Nazir Sahil Babayev isə cavabında qeyd edib ki, elektron şəkildə hər bir şəhid ailəsinə olan imtiyazlar var:

"Bununla bağlı bukletlər də çap olunub. Təqdim olunan heyvanlarla bağlı araşdırılmamış məlumatlar verilməsin. Təqdim olunmuş heyvanlarla bağlı AQTA-nın xəstəlik-sağlamlıq arayışları olur. Araşdırmamış heç kim heç nə deməsin".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Asif
    Sosiala ayrılan pullar düzgün istiqamətləndirilmir buna görə də xalq onlardan yararlana bilmir.
    1 year ago
  • Zamiq
    Vallah mənə 21 qoyun verdilər hamısı bir həftə ərzində öldü Siyavuş Novruzov nə deyirsə duz deyir
    1 year ago
  • RUHİN NƏCƏFOF
    Salam haka sadiq olan vetenperverllerimi Novruzov cox düzqün ve cox deqiqlikle yaşam heyatımızı vurquladı eşqolsun miletine ve vtenine sadiq olan miletime birdaha teşekür etdim Novruzov size.
    1 year ago
  • Səbuhi
    Salam əziz həmvətənlilərim Siyavuş Novruzov çox düzgün qeyd etdi yazığ kənd əhalisinə harda xəstə heyvanlar var onu verirər, hətta şikayətini bildirəndə yazığ kəntçini təhqir edib deyirlər ki, get hara şikayət edirsən et bizim gücümüz buna çatır. Bununlada ölkə başçısına məruzə edirlər ki əhaliyə xidmət edib qulluq edirik. Haramları olsun Sahil Babayev bu nazirliyə gələn gündən xalq əzab əziyyət çəkir.
    1 year ago
  • Sarivan
    Novruz düz deyir mən yeganə şahidiyəm xəstə heyvan verilir
    1 year ago
  • Emin
    Yazdığlarım sizə sərf eləmədi pozduz
    1 year ago
  • Qarabağ qazisi
    Siyavuş Novruzov çox düzgün vurğulayıb. Harda xəstə, vərəm, epilepsiya xəstəliyi olan, həyatına limit qoyulan heyvanlar varsa məşğulluq ucuz qiymətə alıb camaata sirayir. Yazıq deyil bu millət? Sahil Babayev?
    1 year ago