“Sizin prinsipləriniz şəhid olan körpələrin qanından dəyərlidir?“  - “McDonald's”a sərt ittiham
29 Okt 2020 10:59
737

“Sizin prinsipləriniz şəhid olan körpələrin qanından dəyərlidir?“ - “McDonald's”a sərt ittiham

Əməkdar artist Mehriban Xanlarova “McDonald's”, “Papa John's” və “Burger King” kimi restoranları boykot etməyə səsləyib.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edən aktrisa sözügedən şirkətlərin Azərbaycana dəstək postlarını silməsini sərt şəkildə qınayıb:

“Az öncə aldığım məlumata görə Azərbaycan xalqı “McDonald's”, “Papa John's” və “Burger King” restoranlarını boykot kampaniyasına start verib. Səbəb isə bir müddət öncə Azərbaycana dəstək mesajı paylaşan bu restoranlar nə hikmətdirsə, birdən-birə qərara gəliblər ki, bunların işi “yemək bişirmək”dir. Və o dəstək mesajını siliblər. Azərbaycandan milyonlar qazanan bu şirkətlər nədən qorxub dəstəklərini geri çəkib bilmirəm və bu sualı onlara ünvanlamaq istəyirəm: Sizi qorxudan nədir? Haqlı davamızda və bu ölkədə nədən çəkinirsiniz? Birinci Vitse-Prezident Mehriban Əliyeva xalqa müraciətində dəfələrlə bəyan edib ki, “Mən sizin hər birinizi erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıram”.

Sənətçi bu məsələnin şirkətlər üçün amal məsləsi olduğuna inanmadığını qeyd edib:

“Sizin “prinsip”ləriniz günahsız şəhid edilən körpələrin qanından dəyərlidirmi? Düşünürəm ki, məsələ “prinsip və amal” məsələsi olsa idi əvvəlcədən dəstək verməzdiniz! Dəstək olub sonra geri çəkirsinizsə, deməli problem başqadır”.

Xatırladaq ki, bir müddət əvvəl “McDonald's”ın Azərbaycandakı rəsmi səhifəsi “Qarabağ Azərbaycandır” – deyə paylaşım etsə də ermənilərin boykotundan sonra postu silib. Paylaşımı sildikdən sonra açıqlama verən şirkət siyasətə qarışmadığını, əsas amallarının insanları qida ilə təmin etmək olduğunu bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər