Son dəqiqə: Keçmiş polis rəisi bıçaqlandı, əmisi intihar etdi

saytların hazırlanması

Evə çatdırılma

Son dəqiqə: Keçmiş polis rəisi bıçaqlandı, əmisi intihar etdi

Kriminal

25 Avqust 2021 10:18 1560


Xaçmaz rayonunda ailə faciəsi yaşanıb 

Yenisabah.az xəbər veir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin keçmiş rəisi Əliağa Əsgərbəyli əmisi Rövşən Əlağa oğlu Əsgərbəyli tərəfindən bıçaqlanıb.

Hadisədən sonra cinayətkar özünü güllələyib. Pepperoni pizza

O, hadisə yerindəcə ölüb. Hazırda onun meyiti Səhiyyə nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji anatomiya birliyinin Xaçmaz rayon şöbəsində ekspertiza edilir. Əliağa Əsgərbəyli isə yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, Əliağa Əsgərbəyli avqustun 19- da Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə vəzifəsindən azad olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!