SON DƏQİQƏ: Korrupsiya İdarəsi əməliyyat keçirdi, vəzifəli şəxs tutuldu
18 İyl 2020 16:14
28227

SON DƏQİQƏ: Korrupsiya İdarəsi əməliyyat keçirdi, vəzifəli şəxs tutuldu

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi rüşvət almaqda ittiham olunan vəzifəli şəxsin tutulması üçün əməliyyat keçirib.

Yenisabah.az xəbər verir ki, Ziya Eldar oğlu Səfərəliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rüşvət alması barədə baş idarəyə məlumat daxil olub.

Keçirilən əməliyyat nəticəsində Ziya Səfərəliyev rüşvət alarkən həbs edilib.

İstintaq orqanı tərəfindən Ziya Səfərəliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib.

İstintaq gedir.   /Demokrat.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər