Son sutkada Rusiyanın 44 tankı məhv edilib

saytların hazırlanması

Evə çatdırılma

Son sutkada Rusiyanın 44 tankı məhv edilib

Dünya

04 Oktyabr 2022 10:06 833


Ukrayna Ordusu son sutkada Rusiyanın 370 hərbçisini zərərsizləşdirib və 44 tankını məhv edib. 

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 60 800 hərbçisi məhv edilib. Sezar pizza

Qeyd olunub ki, son sutka ərzində Rusiya ordusunun 2 silah anbarı, 2 idarəetmə məntəqəsi dağıdılıb.

Həmçinin qarşı tərəfin 3 dayaq məntəqəsi sıradan çıxarılıb, 3 zenit-raket kompleksi vurulub: “Bundan başqa, ötən gecə düşmənin 2 PUA-sı məhv edilib”.

Baş Qərargahdan bildirilib ki, Rusiya Silahlı Qüvvələri ələ keçirdiyi əraziləri nəzarətində saxlamağa çalışır: “Təmas xətti boyunca mövqelərimiz atəşə tutulur”.

Məlumata görə, fevralın 24-də müharibə başlayandan indiyədək Rusiyanın döyüş itkiləri 2 424 tank, 5018 zirehli maşın, 1 407 artilleriya sistemi, 340 reaktiv yaylım atəşi sistemi, 177 hava hücumundan müdafiə sistemi, 266 təyyarə, 228 helikopter, 1 028 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3 823 avtomobil və avtoçən, 131 xüsusi texnikadan ibarətdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!