Rəqqasə Fatimə Fətəliyeva şou-biznesə gələrkən üzləşdiyi çətinliklərdən danışıb.
Yenisabah.az xəbər verir ki, MTV telekanalında yayımlanan “Üzə-düz” proqramında qonaq olan sənətçi qohumlarının vaxtilə ona dəstək olmadığını deyib:
"Səhnəyə ilk addımlarımı atanda bilirdim ki, ailədə, nəslimdə problem olacaq. Gözlədiyim oldu, qarşılaşdım. Bütün bunlar ürəyimdə çatlar qoydu, hələ də o çatlar qalır. Baxmayaraq ki, qohumlarla münasibətim yaxşıdır, amma çat olanda, onu yapışdırmaq mümkün deyil. Ümumiyyətlə, mənə dəstək olmalıdılar. Demədilər ki, bəlkə dəstək olaq, başqa bir iş görək. Sezar pizza
Tibb Universitetində oxuyurdum, dördüncü kursdan həyatımızda elə hadisələr baş verdi ki, çökdük. İstəmədən təhsildən imtina etməli oldum. Əslində, istəyərdim qadın həkimi olum".
O, şou-biznes aləmindən heç kəslə dostluq etməyini bildirib:
"Məndən inciməsinlər, şou-biznesdən heç kimlə zəngləşib, görüşüb, dostluq etmirəm. Hamıdan uzaq gəzirəm”.
Telegram kanalımız