Şövkət Ələkbərovanın varisləri hüququ bizə verib - Şirkət

Şövkət Ələkbərovanın varisləri hüququ bizə verib - Şirkət

Şou Veb saytların hazırlanması

25 May 2023 17:42 667


“Füzuli kantatası”nın icazəsiz istifadəyə görə “Netflix”in yutub kanalıdan sildirilməsi müzakirələrə səbəb olub.

Xalq artisti Brilliant Dadaşova kimi bəzi istifadəçilər buna etiraz etsə də, Faiq Ağayev bu məsələyə dəstək verib. Sosial şəbəkələrdə ən çox verilən sual isə mahını sildirən yerli şirkətin bu haqlara sahib olub-olmaması ilə bağlıdır.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, “Mikpro” Rəqəmsal yayım şirkəti mövzuya aydınlıq gətirilib:

“Şövkət Ələkbərovanın hüquqi varisləri var və onlar Şövkət xanımın mədəni irsinin istifadəsi zamanı hüquqların pozulmaması üçün şirkətimizlə çalışırlar. Biz bu videoları sildirmədən öncə qanun pozuntusuna yol vermələri barəsində “Netflix” və onları musiqi ilə təmin edən “FixMusic” şirkəti ilə dialoqa keçməyə çalışsaq da, onlar heç bir qanun pozmadıqlarını bildirmişdilər. Biz isə onlar dialoqa getmədiyi üçün “Google” şirkətinə əlimizdə olan sənədləri təqdim etdik və “Google” bu videoları silmək qərarını verdi.

Şirkətimiz Azərbaycan musiqisinin hüquqlarını beynəlxalq səviyyədə ən həssaslıqla qoruyan şirkətlərdən biridir. Xüsusilə də ermənilərə qarşı. Bu kontekstdə etdiklərimizlə bağlı da xırda araşdırmalar aparsalar, bir çox nümunə ilə rastlaşa bilərlər. Əvvəldə vurğuladığımız kimi, əgər biz haqsız olsaydıq, “Google” şirkəti videoları “Netflix”in yutub kanalından silməzdi”.

Qeyd edək ki, musiqi baş rolunu Çağatay Ulusoyun oynadığı “Terzi” serialında istifadə olunub. “Füzuli kantatası” serialda əsas qəhrəmanın mütəmadi qulaq asdığı və rahatlıq tapdığı musiqidir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!