Soydaşlarımızın torpaq həsrəti Böyük Qayıdışla əvəzlənir

saytların hazırlanması

Evə çatdırılma

Soydaşlarımızın torpaq həsrəti Böyük Qayıdışla əvəzlənir

Siyasət

06 May 2023 15:49 611


Son iki ildən artıq dövrün qürurla bəhs etdiyimiz mühüm hadisələrindən biri işğaldan azad edilmiş ərazilərimizdə  genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın gələcəkdə bu torpaqlarda rahat, təhlükəsiz yaşayışlarının təmin edilməsi üçün zəruri olan bütün addımların atılmasıdır. 

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, əzəli və əbədi sahibinə qovuşmuş torpaqlarımızda tarixi və dini abidələrin  bərpası, həmçinin milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin təbliğinə xidmət edən  addımların atılması  görülən işlərin əsasında dayanır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam Muğam Mərkəzinin təməlini qoymaları bir daha təsdiq etdi ki, qədim və zəngin mədəniyyətimizin vizit kartı muğamın təbliğinə son illərdə istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir.  Toyuqlu pizza

YAP Xətai rayon təşkilatının sədri  bildirib ki, dövlət başçısı İlham Əliyevin bu torpaqlardan  səsləndirdiyi mesajlar konkret hədəfə istiqamətlənir. Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa iqtisadi, siyasi, humanitar mərkəz kimi diqqətdədir. ADA Universitetinin təşkilatçılığı ilə keçirilən növbəti konfransda Prezident İlham Əliyevin çıxışı, Ona ünvanlanan sualları təmkinlə, əsaslı şəkildə cavablandırması dünya mətbuatının  diqqətindən kənarda qalmadı. Dövlət başçısının diqqət göstərdiyi əsas məsələlərdən biri məhz Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsi oldu.

Görünən budur ki, Ermənistan işğal dövründə keçmiş Minsk qrupunun fəaliyyətdə olduğu zamanda  istifadə etdiyi taktikanı yenidən tətbiq etməyə çalışır. O zaman işğalçı dövlət torpaqları geri qaytarmaq istəmirdi. Bu səbəbdən də sülh danışıqlarına imitasiya naminə qatılır, çox hallarda hərbi təxribatlar törətməklə danışıqların baş tutmamasına səy göstərirdi. 

Vüqar Rəhimzadə vurğulayıb ki, Avrasiyanın üzləşdiyi risk və təhdidlər, yeni çağırışlarla bağlı beyin mərkəzlərinin iştirakı ilə ölkəmizdə müzakirələrin aparılması artıq ənənə halı alıb. Budəfəki konfransın Şuşada keçirilməsi isə erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətlidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!