Şoyqu Kim Çen İna Putinin hədiyyəsini təqdim etdi

saytların hazırlanması

Evə çatdırılma

Şoyqu Kim Çen İna Putinin hədiyyəsini təqdim etdi

Dünya

28 İyul 2023 14:59 922


Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu KXDR-in paytaxtı Pxenyanda keçirilən Koreya müharibəsinin başa çatmasının 70-ci ildönümünə həsr olunmuş hərbi paradda iştirak edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb. Agentliyin məlumatına görə, parada Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib. 

Qeyd olunub ki, Şoyqunun başçılıq etdiyi Rusiya nümayəndə heyəti əsas meydanda “Xvason-17” və “Xvason-18” qitələrarası ballistik raketlərin paradını izləyib. Parad çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) nümayiş uçuşu da keçirilib.  Dördpendirli pizza

“Paraddan sonra Kim Çen In Rusiya hərbi nümayəndə heyətinin şərəfinə ziyafət təşkil edib. Radiostansiyanın məlumatına görə, qəbul başlamazdan əvvəl Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Kim Çen İna Rusiya Federasiyasının prezidenti Vladimir Putinin hədiyyəsini təqdim edib. Kim Çen In prezident Putinin göndərdiyi əhəmiyyətli hədiyyəyə görə minnətdarlığını bildirib”, - agentlik bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!