İllər əvvəl dələduzluqda təqsirləndirilərək həbs olunan tanınmış aparıcı İlham Mirzəyevin anasının səhhəti pisləşib.
Yenisabah.az xəbər verir ki, bu barədə özü məlumat yayıb.
İ. Mirzəyev anasının tezliklə sağalması üçün dua edib: Toyuqlu pizza
"Gözəl və zəhmətkeş anam, Allah sənə can sağlığı versin, səni başımızdan əskik etməsin. Allah dünyasını dəyişən analarımıza rəhmət, dünyada olanlara can sağlığı versin. Allahım, sən özün analarımızı qoru.
Uşaq ikən heç inanmazdım ki, mənim mərd, məğrur, zəhmətkeş anam yaşlanacaq... Hər ağaran telinin günahkarı biz övladlarıq. Ağrıyanda, xəstələnəndə yatmamısan, yeməmisən, amma yedizdirmisən, yatmamısan, üstümüzü örtmüsən. Görəsən, biz nə vaxtsa, sənə öz övladlıq borcumuzu qaytara bilərik? Heç inanmıram...
Ay mənim ağzıdualı, hamıya yanan, əl tutan, həyat eşqiylə yaşayan anam, gözəl anam, başımın tacı. Allah sənə tezliklə şəfa versin. Dilərəm yaradandan ki, səni məndən, məni səndən ayırmasın".
Qeyd edək ki, İ.Mirzəyev 2014-cü ildə dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, aparıcı direktoru olduğu "İlhamed" tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. O, 2016-cı ildə həbsdən çıxıb.
Telegram kanalımız