“SpaceX” şirkəti Starlink internet peyklərinin yeni partiyasını orbitə çıxaracaq

saytların hazırlanması

Evə çatdırılma

“SpaceX” şirkəti Starlink internet peyklərinin yeni partiyasını orbitə çıxaracaq

Dünya

07 İyul 2023 07:19 1153


“Falcon 9” daşıyıcı aparatı cümə günü Starlink sisteminin qlobal internet əhatə dairəsi şəbəkəsinin orbital bürcünü artırmaq üçün 48 mini-peykdən ibarət daha bir partiya ilə orbitə çıxacaq.

Bu barədə şirkətin rəsmisi bildirib. Buraxılış Sakit okean vaxtı ilə saat 12:29-da ABŞ-ın Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasında SLC-4E buraxılış meydançasından həyata keçiriləcək.

Bu, Starlink layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 92-ci, bu ilin əvvəlindən isə 23-cü buraxılışı olacaq. “SpaceX” artıq bu peyklərdən 4,7 minə yaxınını orbitə çıxarıb. Onlardan bəziləri uğursuz olub. pizza hut

Hazırda orbitdə şirkətə aid 4,3 mindən çox cihaz işlək vəziyyətdə qalır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!