Spiker naziri tənqid edən deputata irad bildirdi

Spiker naziri tənqid edən deputata irad bildirdi

Siyasət

29 Noyabr 2022 11:45 705


Milli Məclisin sədri Sahibə Qafarova bu gün keçirilən plenar iclasda elm və təhsil naziri Emin Əmrullayevi tənqid edən deputata cavab verib. 

Modern.az xəbər verir ki, parlament sədri tənqidin yersiz olduğunu söyləyib.

“Nəyə görə naziri sərt tənqid edirsiniz? Ötən gün plenar iclasda elm və təhsil naziri Emin Əmrullayev burada idi. Nazir mediaya açıq adamdır, hətta iclasda deputatlar da məsələlərlə bağlı ona yaxınlaşırdı. Nəyə görə siz ona yaxınlaşmadınız, hətta, deyirsiniz ki, məktub yazmayacam. Əgər məktub yazmasanız, necə cavab alacaqsınız? Hesab edirəm ki, burada naziri sərt tənqid etmək düzgün deyil”, - spiker iradlarını bildirib.

Qeyd edək ki, deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında elm və təhsil naziri Emin Əmrullayevi sərt tənqid edib. Onun çıxışı birmənalı qarşılanmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!