Spiker siyasi partiya rəhbərləri ilə görüşdü
07 İyl 2020 17:50
439

Spiker siyasi partiya rəhbərləri ilə görüşdü

Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri tərəfindən Azərbaycanda siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün iyulun 7-də videokonfrans formatında görüş keçirilib.

Yenisabah.az bildirir ki, bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də iştirak edib.

Görüş “Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusunda keçirilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər