Stoltenberq: İsveç tezliklə NATO üzvü olmalıdır

saytların hazırlanması

Evə çatdırılma

Stoltenberq: İsveç tezliklə NATO üzvü olmalıdır

Dünya

24 Oktyabr 2023 17:01 307


İsveç yaxın gələcəkdə NATO-ya daxil olmalıdır.

Yenisabah.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

O bu məsələnin Türkiyə parlamentində tezliklə ratifikasiya olunacağına ümid etdiyini bildirib. Toyuqlu pizza

Oktyabrın 23-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin alyansa daxil olmasını təsdiq edən sənədlər paketini parlamentə təqdim edib. Əvvəllər Ankara Stokholmun yerinə yetirmədiyi şərtlərə işarə edərək, ratifikasiya etməyə tələsmirdi.

Macarıstan da İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməyib. 

İsveç və Finlandiya eyni vaxtda, 2022-ci ildə NATO-ya üzv olmaq üçün ərizə təqdim ediblər. 

Finlandiya 2023-cü ilin yazında NATO-ya üzv olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!