Moskvanın Basmannı məhkəməsi istintaqın tələbi ilə xuliqanlıq cinayət işi üzrə 7 müttəhimi həbsə göndərib.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, onlar RT telekanalının və “Rossiya Seqodnya” xəbər agentliyinin rəhbəri Marqarita Simonyan və jurnalist Kseniya Sobçaka sui-qəsddə ittiham olunurlar.
Məhkəmə təqsirləndirilən şəxslərin və müdafiə tərəfinin istintaq təcridxanasında saxlama ilə əlaqədar olmayan başqa həbs-qətimkan tədbirinin seçilməsi, habelə yetkinlik yaşına çatmayanların valideynlərinin himayəsi altına verilməsi ilə bağlı vəsatətlərini təmin etməkdən imtina edib. . pizza mizza
Məhkəmənin məlumatına görə, təqsirləndirilən şəxslər xuliqanlıqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi) ittiham olunublar.
Telegram kanalımız