Xaricilərin müdaxiləsi ancaq məsələləri çətinləşdirir. İslam Respublikası Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəkləməklə ümid edir ki, bu danışıqlar regionda sülh, təhlükəsizlik və əmin-amanlığı mümkün qədər tez bərqərar edəcək və möhkəmləndirəcək.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi bildirib.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşündə o, ölkəsinin heç bir geosiyasi və sərhəd dəyişikliyini qəbul etmədiyini deyib: "İran bütün region ölkələrinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir". Marqarita pizza
İ. Rəisi iki ölkə arasında münasibətlərin səviyyəsinin mümkün qədər yaxşılaşdırılmasının vacibliyini vurğulayıb.
Telegram kanalımız