“Avropa Parlamenti Avropa Komissiyası ilə yanaşı Avropa İttifaqının (Aİ) əsas institutlarından biridir. Hal-hazırda Azərbaycan daha çox Avropa Komissiyası ilə münasibətlərini formalaşdırır. Avropa Parlamenti ilə məlum qətnamələrə, daha dəqiqi, onun Azərbaycana qarşı sərgilədiyi ədalətsiz və qərəzli mövqeyə görə münasibətlər sıfır səviyyəsindədir”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov deyib. O bildirib ki, Bakının Avropa istiqamətində formalaşan siyasəti daha çox praqmatizmə söykənir:
“Əlbəttə, Avropa Parlamentinin Avropa Komissiyasına da təsiri var və buna görə də Komissiya ilə münasibətlər həmişə bu təzyiq altında həyata keçirilir. Lakin Avropa istiqaməti təkcə bu mərkəzləşdirilmiş institutlardan ibarət deyil. Azərbaycan üçün Avropa İttifaqı ayrı-ayrı dövlətlərdən ibarətdir və onların bir çoxu ilə birbaşa ikitərəfli formatda münasibətlər inkişaf etdirilir. Dördpendirli pizza
Avropada bir neçə platforma mövcuddur. Qeyd etdiyimiz Avropa İttifaqı ilə Azərbaycanın münasibətləri var, Avropa Şurası ilə münasibətlər korlanıb, ATƏT-də isə Azərbaycanın üzvlüyü olsa da, bu təşkilat Ukrayna müharibəsindən sonra iflic vəziyyətindədir. Buna bənzər Avropa Siyasi Cəmiyyəti formatı formalaşıb və Azərbaycan orada iştirak edir. Yəni Avropa istiqamətində formalaşan siyasətimiz daha çox praqmatizmə söykənir. Ona görə də Azərbaycan münasibətlərin alındığı format və platformalarda iştirak edir, əlaqələri inkişaf etdirir”.
Politoloq əlavə edib ki, Azərbaycan-Ermənistan sülh prosesində vasitəçi yoxdur:
“Azərbaycan-Ermənistan sülh prosesində vasitəçi yoxdur. Ona görə də Avropa İttifaqının burada hər hansı bir rol oynaması gözlənilmir. Aİ ancaq ikitərəfli münasibətlərdə formalaşan gündəliyi — infrastruktur, minadan təmizləmə və s. sahələri dəstəkləyə bilər, o da hər iki paytaxtın razılığı olduğu təqdirdə.
Avropa İttifaqı institutları ilə Azərbaycan və Ermənistan avtonom şəkildə ikitərəfli münasibətlər qurur və bunun hansı formada, necə inkişaf etməsi bu iki ölkədən asılıdır. Lakin sülh prosesində Avropa İttifaqının hər hansı bir rolu yoxdur”.
Qeyd edək ki, Prezident İlham Əliyev dünən Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli fəaliyyətlərini kəskin tənqid edib. Dövlət başçısı Avropa Parlamentini “rüşvətxorlar yuvası” adlandırıb.
Nazim Hacıyev
Telegram kanalımız