Sülh Şurası Azərbaycanı təsisçi üzv elan etdi

saytların hazırlanması

Evə çatdırılma

Sülh Şurası Azərbaycanı təsisçi üzv elan etdi

Siyasət

28 Yanvar 2026 10:35 464


Sülh Şurası (Board of Peace) Azərbaycanı rəsmi olaraq təsisçi üzv kimi qəbul etdiyini açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumat təşkilatın “X” sosial şəbəkə hesabında paylaşılıb.

Azərbaycana həsr olunmuş xüsusi qarşılama posteri yayımlanıb və ölkə Sülh Şurasının təsisçi üzvlərindən biri kimi təqdim edilib.

Bənzər qarşılama paylaşımları digər iştirakçı dövlətlər üçün də dərc olunub ki, bu da Şuranın qlobal şəbəkəsinin formalaşmağa başladığını göstərir.

Sülh Şurası ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılıb. Təşkilatın əsas sənədi olan Sülh Şurasının Nizamnaməsinin imzalanma mərasimi yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində baş tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!