Sumqayıtda 1 milyarddan çox məhsul istehsal olunub

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda 1 milyarddan çox məhsul istehsal olunub

İqtisadiyyat

06 Fevral 2019 22:03 1212


Sumqayıtda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

“Yeni Sabah” xəbər verir  ki, “Kimyaçı” mədəniyyət sarayında keçirilən hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov , Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, millət vəkilləri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə 2018-ci ilin yekunlarına dair hesabat məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsi olaraq Sumqayıt şəhərinin sosial iqtisadi inkişafında əhəmiyyətli irəliləyişlər əldə edilib.  Sezar pizza

2018-ci ildə ümumdaxili məhsul istehsalı 2017-ci illə müqayisədə 35 faiz və ya 520 milyon manat artaraq 2 milyard manatdan çox olub.

Sənaye müəssisələrində 1 milyard 300 milyon manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki dövrlə müqayisədə 20 faiz artım deməkdir. İl ərzində hamısı daimi olmaqla 7000 yeni iş yeri yaradılıb, muzdla işləyən işçilərin orta aylıq əmək haqqı 500 manat həddini ötüb.

Son 5 ildə şəhərdə ümumdaxili məhsul istehsalı 2,6; sənaye məhsulu istehsalı 2,9; investisiya qoyuluşu 3,5 dəfə artmış, 32819 yeni iş yeri yaradılmışdır. 2955 yeni istehsal sahəsi fəaliyyətə başlayıb. 

Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın məbləği 456 milyon manat olub. Bu da əvvəlki ilin göstəricisinə nisbətən 2,5 dəfə və ya 276 milyon manat artım deməkdir.

Ötən dövr ərzində ticarət dövriyyəsi 912 milyon manat olub, əvvəlki dövrlə müqayisədə 9 faiz artıb.

İqtisadi göstəricilərin artması nəticəsində yerli büdcə gəlirlərinin proqnozu 112,3 faiz, xərc isə 100 faiz icra olub. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!