Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Sumqayıtda ictimai yerlərdə koronavirus xəstələri aşkarlandı
08 Dek 2021 21:57
315

Sumqayıtda ictimai yerlərdə koronavirus xəstələri aşkarlandı

Sumqayıt şəhərində koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

Yenisabah.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib.

Müəyyən olunub ki, saxlanılan şəxslər Sumqayıt şəhər sakinləri Telman Qasımov, İradə Tağıyeva və Füzuli rayon sakini Telman İmanovdur. Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxslər yaşadıqları evə qaytarılıblar.

Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Faktlarla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.

Özünütəcrid qaydalarını pozan koronavirus daşıyıcıları barəsində polis orqanları tərəfindən bundan sonra da ciddi tədbirlər görüləcək.

Qeyd edək ki, son bir həftədə Sumqayıtda 8 nəfər koronavirus xəstəsi ictimai yerdə saxlanılıb./APA


Youtube kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər