Sumqayıtda qəza: Minik avtomobili restorana çırpıldı

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda qəza: Minik avtomobili restorana çırpıldı

Hadisə

28 İyun 2026 23:58 91


Sumqayıtda qeyri-adi yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Changan 07" markalı minik avtomobili naməlum səbəbdən sürücünün idarəetməsindən çıxaraq yol kənarında fəaliyyət göstərən restoranın binasına çırpılıb. Toyuqlu pizza

Qəza nəticəsində obyektə və nəqliyyat vasitəsinə ziyan dəyib. Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə aidiyyəti qurumların əməkdaşları göndərilib.

Hazırda hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır, qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!