Sumqayıtda transformatorun içində meyit tapıldı
30 Sen 2020 23:30
1337

Sumqayıtda transformatorun içində meyit tapıldı

Sumqayıt şəhərinin 9-cu məhəlləsində çəxsiyyəti məlum olmayan cəsəd tapılıb. 

Yenisabah.az xəbər verir ki, cəsəd Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının həyətində yerləşən transformatorun daxilində aşkarlanıb. 

Meyit tanınmaz halda olduğundan şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.  

Meyit aidiyyəti üzrə təhvil verilib və aparılan ekspertizadan sonra cinsiyyəti müəyyən ediləcək. 

Faktla bağlı araşdırma aparılır.  /APA

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər