Suriya İsraildən kömək istəyib? - Kremldən cavab

saytların hazırlanması

Evə çatdırılma

Suriya İsraildən kömək istəyib? - Kremldən cavab

Dünya

08 Fevral 2023 13:12 700


Kreml İsrailin Suriyaya kömək etməsi xahişinə dair xəbəri təkzib edib.

Yenisabah.az "Kan"a istinadla xəbər verir ki, Kremldəki mənbə deyib: “Bizim İsraildən Suriyaya kömək etmək üçün heç bir xahişimiz olmayıb. Özümüz Suriyaya kömək edirik".

Bundan əvvəl "Yediot Aharonot" qəzeti iddia etmişdi ki, Rusiya Suriyada baş verən son zəlzələ ilə bağlı İsraildən yardım istəyib və bu, Dəməşqin xahişi ilə edilib. pizza

Suriya rəsmi mənbəsi də İsrailin baş naziri Binyamin Netanyahuya belə bir istək bildirməni təkzib edib: "Əgər Netanyahu belə bir xahiş alıbsa, bunu İŞİD-dəki dostlarından və müttəfiqlərindən, "Cəbhət-ən-Nusra" və digər terror qruplaşmalarından alıb. İsrail regionda müharibələrin və gərginliyin səbəbkarıdır və yardımdan danışmaq hüququna malik olan sonuncu tərəfdir.

Netanyahunun bu faciədən ictimai rəyi çaşdırmaq, işğalını və təcavüzkar siyasətini ört-basdır etmək üçün istifadə etməsi utancvericidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!