Suriyada silah anbarında partlayış: 11 hərbçi öldü

saytların hazırlanması

Evə çatdırılma

Suriyada silah anbarında partlayış: 11 hərbçi öldü

Dünya

19 Sentyabr 2026 19:56 125


Suriyanın şərqində yerləşən Deyr-əz-Zor şəhərində silah-sursat anbarında ötən gün axşam saatlarında baş verən partlayış nəticəsində on bir hərbi qulluqçu həyatını itirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ərəb respublikasının keçid hökumətinin Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir.

"Şəhərin qərbindəki Əyyaş bölgəsində yerləşən və sursatların saxlanıldığı uçmuş binanın dağıntıları altından xilasedicilər 11 əsgərin cəsədini çıxarıblar", - deyə sənəddə qeyd olunur. Sezar pizza

Həmçinin daha doqquz nəfərin müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirildiyi vurğulanır.

Deyr-əz-Zor əyalət administrasiyasının məlumatına görə, hadisədən dərhal sonra hərbi obyekt mühasirəyə alınıb. İnsidentin səbəblərini və təfərrüatını aydınlaşdırmaq məqsədilə müvafiq araşdırmalara başlanılıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!