Suriyadan 10 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Suriyadan 10 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Sosial

17 Oktyabr 2023 17:21 425


Oktyabrın 17-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 9 nəfəri uşaq və 1 nəfəri qadın olmaqla, 10 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Repatriasiya olunmuş uşaqlardan 4 nəfəri hər iki valideynini itirdiyi məlumdur. Bu xüsusda, ilk növbədə, repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və sonradan Türkiyə ərazisinə keçidinə nail olunub. pizza

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilərək repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.

Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib. Oktyabrın 17-də nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib. Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!